Mərhum jurnalist Natiq Qədimov vikipediyaçılar tərəfindən anıldı

Mərhum jurnalist Natiq Qədimov vikipediyaçılar tərəfindən anıldı Siyasət
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tanınmış jurnalist, mərhum Natiq Qədimovun vəfatının birinci ildönümündə Vikipediya-da məqaləsini əsaslı redaktə ediblər.

Məqalədə Natiq Qədimovun həyat və fəaliyyəti öz əksini tapıb.

Qeyd edək ki,Natiq Qədimov 22 noyabr 2017-ci ildə ürək tutması-infarktdan dünyasını dəyişib.