Mərzili kəndi istiqamətində mina həddindən artıq çoxdur - FHN əməkdaşı

Mərzili kəndi istiqamətində mina həddindən artıq çoxdur - FHN əməkdaşı Siyasət

FHN xüsusi təyinatlı alayı işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları icra edir. İşimizin əsas hissəsi su hövzələri, qəsəbələr olub.

News24.az  Trend-in Qarabağ bürosuna istinadən bildiri ki, bunu jurnalistlərə açıqlamasında FHN-in xüsusi riskli xilas etmə xidmətinin mina təmizləmə üzrə təyinatlı alayın istehkam qrupunun komandiri Altay Alıyev deyib.

Onun sözlərinə görə, hal-hazırda işlədikləri ərazi Ağdam rayonu Mərzili kəndi istiqamətindədir.

"Bu ərazi keçmiş təmas xəttidir. Burada mina həddindən artıq çoxdur. Buna baxmayaraq istekamçılarımız ərazilərdə peşəkarlıqla işləyirlər. Ərazidə tral maşınları da öz fəaliyyətini yerinə yetirir. Tral maşınları uzaq məsafədən idarə olunur. Daha çox ərazini minalardan təmizləməyə qadirdir", deyə o, əlavə edib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olan Ağdam rayonu ərazisinə media tur təşkil edib.