Millerdən Azərbaycan və Ermənistana - ÇAĞIRIŞ
Siyasət
“Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalı, sülh sazişini imzalamalıdır”.
News24.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.
O bildirib ki, tərəflər son bir ildə əhəmiyyətli irəliləyişə nail olub:
“Biz hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsinin əks olunduğu dayanıqlı və etibarlı sülhə nail ola biləcəklər”.
Fərid Azəri