Milli Məclisin 80-dən çox əməkdaşı - İŞDƏN ÇIXARILDI

Milli Məclisin 80-dən çox əməkdaşı - İŞDƏN ÇIXARILDI Siyasət
“Milli Məclisdə struktur islahatları davam etdirilir”.

Bunu Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.
O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb: “Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.

M. Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib. /APA/