Milli Məclis "Vəkilliyin Dostu" mükafatına layiq görüldü

Milli Məclis "Vəkilliyin Dostu" mükafatına layiq görüldü Siyasət

Milli Məclis "Vəkilliyin Dostu" mükafatına layiq görülüb.

News24.az xəbər verir ki, bu barədə qərar Vəkillər Kollegiyasının təntənəli iclasında elan olunub. 

Mükafatı parlamentin adından sədrin birinci müavini Əli Hüseynli qəbul edib.

O ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquq sisteminin möhkəmlənməsi istiqamətində gördüyü işlərdən danışıb.

Ə. Hüseynli ümidvar olduğunu bildirib ki, bu gün fəaliyyətə başlayan vəkillər Azərbaycanda hüquq və ədalətin təməl prinsiplərinin möhkəmlənməsi istiqamətində əzmlə fəaliyyət göstərəcəklər.

Fərid Azəri