Milli Məclisin üzvü: - Qarabağdakı təxribatlar xaricdən idarə olunur

Milli Məclisin üzvü: - Qarabağdakı təxribatlar xaricdən idarə olunur Siyasət
“Qarabağda fəaliyyət göstərən qeyri-qanuni silahlı birləşmələrin dəfələrlə törətdiyi təxribatlar xaricdən idarə olunur”.

Bunu News24.az-a açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə bildirib. 

O vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə quraşdırılan fortifikasiya qurğuları da bu təxribatların tərkib hissəsidir:

“Azərbaycan tərəfi isə bu qurğuların quraşdırılmasının qarşısını alır və özünü söz sahibi olduğunu göstərir. Bu gün Azərbaycan 10 noyabr üçtərəfli bəyanatının müddəalarına riayət edir. Ölkəmizin tələbi bundan ibarətdir ki,  qeyri-qanuni erməni silahlı birləşmələri həmin ərazidən çıxarılsın və erməni sakinlər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunsun. Onlar ya bizim vətəndaşlığımızı qəbul etməli, ya da Azərbaycan ərazisini tərk etməlidirlər. Separatçılara hər hansı status verilməsindən söhbət gedə bilməz. Azərbaycan əraizində dövlətə qarşı qurulan hər hansı qeyri-qanuni hərbi obyekt dərhal məhv ediləcək və  təxribatın qarşısı alınacaq. Azərbaycan dövlətinin öz ərazisində beynəlxalq hüququn və konstitusiyanın imkan verdiyi istənilən hərəkəti etmək hüququ var”.

Fərid Azəri