Moskva görüşündən gözləntilər- "Sülhə dair fikirlər var"

Moskva görüşündən gözləntilər- "Sülhə dair fikirlər var" Siyasət
" Azərbaycan Rusiya və Ermənistan xarici işlər nazirlərinin  görüşü 44 günlük müharibədən sonra intensiv xarakter daşıyır. Son 3 il ərzində sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında  ikitərəfli saziş üzrə bir sıra raund danışıqlar keçirilib. Bu gün də Cənubi Qafqazda sülh və sabitliyin dayanıqlılıının qorunması istiqamətində danışıqlar aparılacaq”. 

Bu sözləri News24.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. 

O bildirib ki, Rusiya hazırda yaranmış vəziyyətdən öz xeyri üçün istifadə etməyə çalışır. 

“Ermənistanın baş naziri Paşinyan bu gün mətbuat konfransı keçirib. Burada bir sıra təzadlar da olsa, hər zaman olduğu kimi sülhə dair fikirlər var. Rusiyanın bu xüsusda öz maraqları var, çünki Vaşinqton və Brüssel formatında keçirilən görüşlər kifayət qədər regionun gələcəyi ilə bağlı məhsuldar yanaşmaları özündə əks edirdi. Rusiya yaranmış bu vəziyyətdən öz xeyri üçün istifadə etməyə çalışır. Lavrov danışıqlarda moderator kimi iştirak edir. Hesab edirəm ki, bu günki görüşün regional sabitliyin qorunması istiqamətində nəticələri var. Bundan əlavə faktiki addımların atılması da arzuolunandır. Rusiya xüsusilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması kommunikasiya xətlərinin açılması istiqamətində israrını ifadə edir. Üçtərəfli bəyanatın 9-cu maddəsi Rusiyanın maraq dairəsindədir. 2022-ci il 31 oktyabr tarixində də yeni bəyanat imzalandı. Ümumilikdə 4 bəyanatın maddələri zəruri xarakter daşıyır. Azərbaycan tərəfi dəfələrlə öz mövqeyini bildirib. Və burada regionun hərbsizləşdirilməsi diqqətdə saxlanılır. Və qərb rayonları  ilə Naxçıvan arasında əlaqənin təmin olunması strateji prioritetlər sırasındadır. Lakin zaman  keçdikcə Azərbaycanın tələbləri bir qədər genişlənir. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Azərbaycan həm də Bərdə, Ağdam, Xankəndi marşrutu üzrə hərəkətinin qurulmasının tərəfdarıdır. Və bu fikirlər Brüsseldə Şarl Mişel tərəfindən dəstəklənib”,- deyə o yekunlaşdırıb.

Arzu