"Rusiya Qərbin vasitəçiliyi ilə sülh sazişinin imzalanmasından narahatdır" - Politoloq
Siyasət
Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri Departamentinin direktoru Denis Qonçar bildirib ki, sülh müqaviləsi Bakı ilə İrəvan arasında yeni müharibəyə səbəb ola bilər.
"Tələskənliyə yol verilərək hazırlanmış sülh razılaşması regiona dayanıqlı sülh gətirməyəcək. Əksinə, bu sənəd gələcəkdə yeni münaqişə və faciələrə yol açacaq",- deyən D.Qonçar əlavə edib ki, sas diqqət razılaşmanın onun sürətlə tərtib olunmasına yox, hər iki tərəf üçün balanslaşdırılmış və məqbul qərarların qəbuluna yönəldilməlidir.
Ortaya belə bir sual çıxır, ki əgər hər iki dövlət bir-birinin ərazi bütövlüyün tənıyırsa “yeni münaqişələr və faciələr” dedikdə Rusiya nəyi nəzərdə tutur?
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Rusiya mümkün sülh sazişini “yeni münaqişələr və faciələr xəbərdarlığı” ilə təhdid edir.
“Bununla tərəfləri Qərbin vasitəçiliyindən çəkindirmək, həm də bu vasitəçiliyin təhlükəli olduğu rəyini yaratmaq istəyir. Rusiya yarada biləcəyi münaqişələri hamının diqqətinə çatdırır. Demək istəyir ki, “mənim əlim hələ də kifayət qədər uzundur və Cənubi Qafqazda təsirim digərlərindən daha çoxdur və bu gün, yaxud yaxın zamanda sülh sazişinin imzalanmasını təmin edə bilməsəm də, kifayət qədər problem yaratmaq imkanım var”. Qərb təmsilçiləri də aydın şəkildə anlayır ki, Rusiya hələ bölgədən çəkilib getmək istəmir”, - deyə o qeyd etdi.
Politoloqun sözlərinə görə, Rusiya sülh sazişinin Qərbin vasitəçiliyi ilə imzalanmasından narahatdır. Qeyd edilən bəyanatlar bunu açıq şəkildə sübut edir:
“Sözsüz ki, Rusiya Vaşinqtonun vasitəçiliyi ilə keçirilən sülh danışıqlarından xəbərdardır. Çünki sülh sazişinin demək olar ki, yekunlaşmaq üzrə olduğunu yaxşı bilir. Hazırda sülhün imzalanmasına mane olan bir səbəb var: Ermənistan rəhbərinin siyasi iradəsinin olmaması və sazişi imzalamağa cəsarət etməməsi. Bu səbəbdən müxtəlif bəhanələr uydurulur, əlavə tələblər ortaya atılır. Ancaq Rusiya yaxşı başa düşür ki, ABŞ, Avropa İttifaqı bir az təzyiq göstərsə, ilin sonuna qədər bu sülh sazişi Qərbin vasitəçiliyi ilə imzalana bilər. Rusiya bunu istəmir və narahatdır. Bəyanatın səbəbi də budur. Yəni demək istəyir ki, yaxın vaxtlarda sülh sazişi imzalanmamalıdır. Bundan əvvəl Moskvada keçirilən xarici işlər nazirlərinin görüşü zamanı Rusiya xarici işlər naziri bəyanat vermişdi ki, Rusiya özü sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Və bu istiqamətdə görüşlər təşkil etməyə hazırdır. Görünür Rusiya tərəfi sülhün Qərb vasitəçiliyi ilə imzalanmasından xəbərdardır və ciddi şəkildə narahatlıq keçirir”.
Arzu
"Tələskənliyə yol verilərək hazırlanmış sülh razılaşması regiona dayanıqlı sülh gətirməyəcək. Əksinə, bu sənəd gələcəkdə yeni münaqişə və faciələrə yol açacaq",- deyən D.Qonçar əlavə edib ki, sas diqqət razılaşmanın onun sürətlə tərtib olunmasına yox, hər iki tərəf üçün balanslaşdırılmış və məqbul qərarların qəbuluna yönəldilməlidir.
Ortaya belə bir sual çıxır, ki əgər hər iki dövlət bir-birinin ərazi bütövlüyün tənıyırsa “yeni münaqişələr və faciələr” dedikdə Rusiya nəyi nəzərdə tutur?
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Rusiya mümkün sülh sazişini “yeni münaqişələr və faciələr xəbərdarlığı” ilə təhdid edir.
“Bununla tərəfləri Qərbin vasitəçiliyindən çəkindirmək, həm də bu vasitəçiliyin təhlükəli olduğu rəyini yaratmaq istəyir. Rusiya yarada biləcəyi münaqişələri hamının diqqətinə çatdırır. Demək istəyir ki, “mənim əlim hələ də kifayət qədər uzundur və Cənubi Qafqazda təsirim digərlərindən daha çoxdur və bu gün, yaxud yaxın zamanda sülh sazişinin imzalanmasını təmin edə bilməsəm də, kifayət qədər problem yaratmaq imkanım var”. Qərb təmsilçiləri də aydın şəkildə anlayır ki, Rusiya hələ bölgədən çəkilib getmək istəmir”, - deyə o qeyd etdi.
Politoloqun sözlərinə görə, Rusiya sülh sazişinin Qərbin vasitəçiliyi ilə imzalanmasından narahatdır. Qeyd edilən bəyanatlar bunu açıq şəkildə sübut edir:“Sözsüz ki, Rusiya Vaşinqtonun vasitəçiliyi ilə keçirilən sülh danışıqlarından xəbərdardır. Çünki sülh sazişinin demək olar ki, yekunlaşmaq üzrə olduğunu yaxşı bilir. Hazırda sülhün imzalanmasına mane olan bir səbəb var: Ermənistan rəhbərinin siyasi iradəsinin olmaması və sazişi imzalamağa cəsarət etməməsi. Bu səbəbdən müxtəlif bəhanələr uydurulur, əlavə tələblər ortaya atılır. Ancaq Rusiya yaxşı başa düşür ki, ABŞ, Avropa İttifaqı bir az təzyiq göstərsə, ilin sonuna qədər bu sülh sazişi Qərbin vasitəçiliyi ilə imzalana bilər. Rusiya bunu istəmir və narahatdır. Bəyanatın səbəbi də budur. Yəni demək istəyir ki, yaxın vaxtlarda sülh sazişi imzalanmamalıdır. Bundan əvvəl Moskvada keçirilən xarici işlər nazirlərinin görüşü zamanı Rusiya xarici işlər naziri bəyanat vermişdi ki, Rusiya özü sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Və bu istiqamətdə görüşlər təşkil etməyə hazırdır. Görünür Rusiya tərəfi sülhün Qərb vasitəçiliyi ilə imzalanmasından xəbərdardır və ciddi şəkildə narahatlıq keçirir”.
Arzu