Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı - məlumat yaydı

Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı - məlumat yaydı Siyasət

"Azərbaycan Ordusu Ermənistan bölmələrinin mövqelərini atəşə tutmayıb".

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.