Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb - MÜDAFİƏ NAZİRLİYİ

Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb - MÜDAFİƏ NAZİRLİYİ Siyasət
Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin pilotunun meyitinin tapılması ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyindən News24.az-a verdiyi xəbərə görə, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb. 

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb - MÜDAFİƏ NAZİRLİYİ