Nikol Qarabağdan imtina etdi, məsələ bağlandı - Satanovski

Nikol Qarabağdan imtina etdi, məsələ bağlandı - Satanovski Siyasət
“Nə qədər ki, Qarabağda Rusiya sülhməramlıları var, yeni eskalasiya olmayacaq. Lakin imzalanmış müqavilələrə əsasən, Rusiya sülhməramlıları orada uzun müddət qalmayacaq və bu gün vəziyyət kökündən dəyişib”. 

News24.az xəbər verir ki, bunu Yaxın Şərq İnstitutunun direktoru, professor, rusiyalı ekspert Yevgeni Satanovski deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edərək ondan imtina edib. 

“Bu belədir. Sual bağlıdır. Əliyev tam aydın şəkildə dedi ki, o, qarabağdakı ermənilərə ya Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunları ilə yaşamağı, ya da getməyi təklif edir”, - deyə Satanovski bildirib.

Akqabay