Nikol “Xankəndidə manat dövriyyəyə buraxılacaq” deyən - Şahnazaryanı biabır etdi

Nikol “Xankəndidə manat dövriyyəyə buraxılacaq” deyən - Şahnazaryanı biabır etdi Siyasət
Ermənistan təhlükəsizlik şurasının keçmiş katibi David Şahnazaryanın Qarabağla bağlı irəli sürdüyü iddia əsassızdır.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.

“Bu, tamamilə cəfəngiyatdır. Bəyanatı eşitdim, David Şahnazaryanın bundan necə xəbəri var? Mənə nə təhvil verilib, nə də belə bir sənəd barədə məlumat verilib. Heç bir fikrim yoxdur. David Şahnazaryandan soruşun ki, o, hardan bilir. Olsa belə, belə bir şeyə icazə verməzdim, çünki bu, bizim məntiqimizə zidd olardı”, - deyə o bildirib.

Xatırladaq ki, Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia etmişdi. “Rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Bu, “yol xəritəsi”dir. Proqram 4 mərhələdən ibarətdir. 1. Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması; 2. Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması; 3. Qarabağdakı silahlıların tamamilə tərk-silah edilməsi və ləğv olunması; 4. Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi”, - o iddiasında bildirib. 

Qeyd edib ki, digər detalları açıqlamaq istəmir. Lakin əlavə edib ki, bu “yol xəritəsi”nin həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub, hər mərhələnin başa çatması 3 ay ərzində edilməlidir. Şahnazaryan qeyd edib ki, Azərbaycanın bu proqramı Ermənistan hakimiyyətinə göndərdiyinə dair onda məlumat var.

Akqabay