Nikolun görüşü: - Jurnalistləri zaldan sürüyüb çıxardılar - Video
Siyasət
Bu gün səhər saatlarında hava şəraiti ilə bağlı helikopteri təcili eniş edən Nikol Paşinyan avtomobillə Tavuş rayonuna çata bilib. Onun Bağanıs kənd məktəbində sakinlərlə görüşü planlaşdırılır.
News24.az Axar.az-a istinadən xəbər verir ki, erməni mediası jurnalistlərin görüşə buraxılmadığını yazıb. Bildirilir ki, media nümayəndələri zorla məktəb binasından çıxarılıb.
Görüşün qapalı keçiriləcəyi deyilir.