"Binanın qarşısında dayanarkən - onu “şeytan yuvası” adlandırdım"
Siyasət
“Yeri gəlmişkən, bu mehmanxana da tamamilə yenidir, bizim işlərimizin gözəl təzahürüdür. Qarabağda iki mehmanxana - “Qarabağ” və “Xarıbülbül” bərpa edilib. Bu isə sıfırdan inşa edilmiş ən yeni mehmanxanadır”.
News24.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
“Bu mehmanxana ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, burada separatçılar özlərinə qondarma parlamentin binasını inşa edirdilər. Mən azad olunandan sonra bura ilk dəfə gələndə gördüm ki, o bina tam yekunlaşmamışdı. Onlar öz parlamentini bura keçirmək istəyirdilər və Şuşanı erməniləşdirməyə davam etməyə çalışırdılar. Həmin binanın qarşısında dayanarkən onu “şeytan yuvası” adlandırdım. Mən onun söküntüsünə tapşırıq verdim, artıq burada bu gözəl mehmanxana var. Yəni bu, Şuşanın inkişadı deməkdir”, - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi mehmanxana bu ilin mayın 10-da açılışı olan Şuşa Otel-Konqres Mərkəzi Kompleksidir.
Xatırladaq ki, erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, “şeytan yuvası” – “parlamentin” binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu hotelin fəaliyyət göstərir. Prezident İlham Əliyev Şuşaya ilk səfərində - 2021-ci il yanvarın 14-də bu barədə demişdi: “Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi”.
Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir. Dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.