İranla ABŞ arasında məxfi - RAZILAŞMA
Siyasət
“ABŞ-dan ölkəmizə məxsus aktivlərdən istifadəyə dair təminat almışıq”.
News24.az-ın yerli mətbuata istinadən xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.
O deyib ki, bundan əlavə rəsmi Vaşinqtonla məhkumların mübadiləsi üzrə razılaşmanın icrasına dair konsensus əldə olunub.
N. Kənaninin sözlərinə görə, rəsmi Tehran ABŞ-da saxlanılan İran vətəndaşları ətrafında yaranmış vəziyyəti də dərindən təhlil edir:
“Məhkum olunmuş şəxslərin mübadiləsi üzrə danışıqlar təqribən 2 il davam edib. Ölkəmiz istər Birləşmiş Ştatlar, istərsə də digər dövlətlərdə dondurulmuş aktivlərimizdən istifadəyə icazə verilməsi prosesini diqqətlə izləyir. Bu məsələnin qısa zamanda müsbət həll olunacağına ümid edirik”.
Fərid Azəri