Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin yaralanması xəbəri yalandır- - MN

Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin yaralanması xəbəri yalandır- - MN Siyasət
Noyabrın 29-u saat 17:50-də guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

News24.az-a xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Yayılan məlumatı qəti surətdə təkzib edirik" - məlumatda bildirilib.