Parlament “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunu təsdiqlədi
Siyasət
Bu gün Milli Məclisdə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun qəbul olunub.
News24.az xəbər verir ki, yeni sənəd özündə 6 fəsil və 27 maddəni ehtiva edir.
Qanunda qiymətləndirmə fəaliyyətinin əsasları, eləcə də daşınar və daşınmaz əmlak, torpaq sahələri, mədəniyyət nümunələri, o cümlədən müəssisə, debitor və kreditor borcları, material ehtiyatları, digər aktiv və öhdəliklərin, habelə təbii sərvətlərin və dəymiş zərərin qiymətləndirilməsi nəzərdə tutulur.
Sənədlə eyni zamanda Qiymətləndiricilər Palatasına üzvlük meyarları da müəyyənləşib.
Qeyd olunub ki, sözü gedən palataya üzvlük üçün müraciət edən şəxs ali təhsilə və üç illik iş təcrübəsinə malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməlidir.
Fərid Azəri