"Paşinyan güclü siyasi təzyiq altındadır" - Metyu Brayza- VİDEO
Siyasət
“Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə bəyanatları güclü siyasi təzyiqin nəticəsidir”.
RTV xəbər verir ki, bunu News24.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.
O xatırladıb ki, hələ 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın baş naziri hərbi dəstək üçün təşkilata müraciət edərək, rədd cavabı alıb:
“Nikol Paşinyan hesab edirdi ki, sülhməramlılar üzərinə düşən vəzifələrdən daha artığını etməlidir. Mənə elə gəlir ki, o Azərbaycanın son uğurlu antiterror əməliyyatı səbəbindən çox güclü siyasi təzyiq altındadır. Bu əməliyyat Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələrinin varlığına son qoydu, eləcə də Qarabağdakı qeyri-leqal rejimi çökdürdü. Nikol Paşinyan bu dəfə də ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından məyusluğunu dilə gətirməyə çalışır. Bu isə yanlışdır. Çünki təşkilat yalnız üzv dövlətin ərazisinə hücum edilərsə köməyə gəlməlidir. Ermənistan ərazisi isə hücuma məruz qalmayıb”.
Fərid Azəri