Paşinyan sabah Moskvaya gedəcəyini təsdiqlədi

Paşinyan sabah Moskvaya gedəcəyini təsdiqlədi Siyasət

Ermənistan Baş naziri Nikol Paşinyan sabah Moskvaya gedəcəyini təsdiqləyib.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Paşinyan bugünkü mətbuat konfransında bildirib.

Paşinan Avrasiya İqtisadi İttifaqının iclasına sədrlik edəcəyini, daha sonra Vladimir Putinlə görüşəcəyini qeyd edib.

"Münasibətlərimizin bütün gündəmini müzakirə edəcəyik", - Paşinyan deyib.