"Paşinyan strateji seçimlə bağlı ciddi qərarlar qəbul etmək ərəfəsindədir" - Sülhəddin Əkbər
Siyasət
"Paşinyan KTMT ilə bağlı Ermənistanın mövqeyinin müəyyənləşməsi üçün fevralın sonuna qədər gözləyəcəklərini bildirmişdir".
Bu fikirləri News24.az-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib. Partiya sədri bildirib ki, Paşinyan strateji seçimlə bağlı ciddi qərarlar qəbul etmək ərəfəsindədir:
"Strateji seçimlə bağlı qərar fevralı sonu olmasa da, mart ayında bunu qəbul etmək niyyətindədir. Rusiyaya qarşı addım atmamışdan öncə Ermənistan qonşuları olan Türkiyə və Azərbaycanla münasibətlərlərini normallaşdırmalıdır. Ən əsas da NATO üzvü olan Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Çünki onun Avropaya birbaşa NATO üzvü olan Türkiyəyə ilə çıxması daha rahat olacaq".
Partiya sədri əlavə edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Böyük Britaniya və Avropa Birliyi də maraqlıdır:
"Bir sözlə, biz aydınlaşma mərhələsinə daxil olururq. Əslində Azərbaycan üçün də aydınlaşma mərhələsi başlayır, çünki BMT Baş Məclisində Ukraynanın təqdim etdiyi qətnamə müzakirə olunur və səs vermə olacaq. Bu səsvermə həm də geopolitik qütbləşməyə dair səsvermə olacaq. Xatırlayırsınızsa, ötən il 143 ölkə Ukrayna tərəfində yer almışdı. Gürcüstan xarici işlər nazirir çıxışında qətnaməyə dəstək vediklərini bildirdi".
Aynurə FATEH