Peskov Paşinyanın sözlərini yalanladı: - "Biz EŞİTMƏMİŞİK"

Peskov Paşinyanın sözlərini yalanladı: - "Biz EŞİTMƏMİŞİK" Siyasət

“Biz Azərbaycan rəhbərliyindən belə bəyanatlar eşitməmişik”.

News24.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Rəsmi Bakının İrəvana qarşı  müharibəyə hazırlıqla bağlı sözlərini şərh edərkən bildirib.

“Mən Azərbaycanın dövlət səviyyəsində belə bəyanatlar verməsi ilə  tanış deyiləm. Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən belə bəyanatlar eşitməmişik. Əksinə onlar sülh müqaviləsi bağlamağa hazır olması barədə dəqiq danışırlar”, - deyə Kreml sözçüsü bildirib.

Ayşən