Polşanın yeni baş naziri Hitlerə bənzədildi

Polşanın yeni baş naziri Hitlerə bənzədildi Siyasət

Polşanın Qanun və Ədalət partiyasından olan deputatı Marek Suski Donald Tuskun ölkənin baş naziri təyin edilməsini şərh edərkən “Hitlerin də demokratik seçkilər nəticəsində hakimiyyətə gəldiyini” deyib.

News24.az xəbər verir ki, jurnalistin “bu müqayisə çox güclü deyilmi” sualına deputat “çox da güclü deyil” cavabını verib.

"Çox güclü deyil, çünki hazırkı koalisiyanın həyata keçirdiyi siyasətdə görəcəyimiz kimi, deyə bilərik ki, bu, mədəniyyətimizi, təməllərimizi məhv etmək üçün mübarizədir", deyə Suski bildirib.

Onun nöqteyi-nəzərindən, hakim koalisiyanın “konkretliyi yoxdur”, amma “Hüquq və Ədalət” partiyasına qarşı çoxlu riyakarlıq, demaqoqluq və hücumlar var.

Parlamentar vurğulayıb ki, Polşanı qarşıda “xarici maraqlara xidmət dövrü” gözləyir.

Nəzrin