Prezident İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək

Prezident İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək.

News24.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

O, həmçinin Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib.

Əbdülfəttah əs-Sisi vurğulayıb ki, onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan danışıqlar iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Onun sözlərinə görə, müzakirələr zamanı regional məsələlərə diqqət yetirilib: “Qəzzaya humanitar yardımın genişləndirilməsi məsələləri də müzakirə olunub”.