Prezident məcburi köçkünlərlə bağlı fərmanda dəyişiklik etdi

Prezident məcburi köçkünlərlə bağlı fərmanda dəyişiklik etdi Siyasət
Prezident Ilham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanında dəyişiklik edib.

News24.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanda aşağıdakı dəyişikliklər edilib: 

1. 1-ci hissədə “40,0 (qırx)” sözləri “60,0 (altmış)” sözləri ilə əvəz olunub;
2. 1-3-cü hissədə “22,0 (iyirmi iki)” sözləri “33,0 (otuz üç)” sözləri ilə əvəz edilib.