Prezident Şuşada tikinti və bərpa işləri ilə tanış olub
Siyasət
News24.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, "Aşağı Gövhər Ağa" məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olub.