Prezidentlər konteyner qatarının gəlişini izlədi

Prezidentlər konteyner qatarının gəlişini izlədi Siyasət

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.

News24.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.