Putin AÇIQLADI: - Müharibə hələ 5 il davam edəcək

Putin AÇIQLADI: - Müharibə hələ 5 il davam edəcək Siyasət

Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən görüşdə Çin lideri Si Cinpininə Rusiya Federasiyasının Ukraynaya qarşı ən azı 5 il mübarizə aparacağını bildirib.

News24.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Ekspertlər hesab edir ki, bundan öncə atəşkəslə bağlı Putinin mesajları və Rusiya Federasiyasının danışıqlara hazır olma siqnalları heç də ciddi qəbul edilməməlidir.

Bildirilir ki, Putin sadəcə olaraq, martda keçiriləcək prezident seçkiləri ərəfəsində atəşkəs və ya sülhə doğru getdiyi illüziyası yaratmaq istəyə bilər, belə bir atmosferin seçkilərdə onun xeyrinə işləyəcəyinə inanır.

Aynurə