Putindən Baydenə - CAVAB

Putindən Baydenə - CAVAB Siyasət

Rusiya dövlət kanalı “Rossiya-1”ə açıqlamasında Putin Baydenin seçkiqabağı kampaniyadakı çıxışında ona qarşı təhqiramiz ifadələr işlətməsini “kinik” qiymətləndirib.

News24.az xəbər verir ki, bir müddət əvvəl ABŞ prezidenti olaraq Baydeni Donald Trampdan üstün tutduğuna dair açıqlama verdiyini xatırladan Putin gülümsəyərək deyib:

“İstənilən prezidentlə işləyəcəyimizi demişdim, amma Baydenin Rusiya üçün daha üstün olduğunu düşündüm. Dediklərinə əsaslanaraq, mən tamamilə haqlıyam, çünki bu, mənim sözlərimə uyğun reaksiyadır".

Baydenin ona təşəkkür edəcəyini gözləmədiyini söyləyən Putin, “O, mənə “Afərin, Volodya, mənə kömək etdiyin üçün təşəkkür edirəm” deyə bilməz. Biz daxili siyasət baxımından orada nə baş verdiyini anlayırıq və bu, tamamilə uyğun reaksiyadır, ona görə də mən haqlı idim" dedi.

Xatırladaq ki, “The Hill” yazır ki, ABŞ prezidenti Bayden seçki kampaniyası çərçivəsində Kaliforniya ştatının San-Fransisko şəhərində iştirak etdiyi xeyriyyə tədbirində Rusiya prezidenti Putinə qarşı təhqiramiz ifadələr işlədib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə qarşı təhqiramiz ifadələrinin “təkəbbürlü” və “utancverici” olduğunu bildirib.

Günel Məlikzadə