Qarabağdakı ermənilərin reinteqrasiyadan başqa - yolu yoxdur
Siyasət
"Hazırda bölgədə baş verən siyasi proseslərin əsasında azərbaycan və erməni icmalarının reinteqrasiya prosesi durur. Bu prosesin başlanmasını istəməyən siyasi qüvvələr isə hər vəchlə bu işin müsbət şəkildə yekunlaşmasını istəmirlər. Nəticədə baş verənlərdən ən çox əziyyət çəkən isə Qarabağda yaşayan ermənilər yəni mülkü əhalidir".
Bu sözləri News24.az- açıqlamasında politoloq Amid Əliyev deyib.
O bildirib ki, Azərbaycana qarşı çıxışlar etmək, reinteqarasiyaya mane olmaq və separatçıların silahlandırılması və dünən isə humanitar yüklərin sərhədə toplaşması yeni erməni təxribatıdır:
"Araik Arutunyan və digər separatçı funksionerlərin əsas narahatçılığı ondan ibarətdir ki, əraziyə giriş və çıxış yollarına artıq tam şəkildə Azərbaycan nəzarət edir. Bu da separatçıların lazımlı və lazımsız şəkildə müvafiq yüklərlə dəstəklənməsinə və erməni havadarlarına Azərbaycana qarşı təzyiq vasitələrini zəiflədir. Separatçılar bir dəfəlik başa düşməlidirlər ki, Qarabağ Azərbaycanın siyasi, hüquqi və tarixi ərazisidir. Burada bütün legitim hüquqlar Azərbaycana məxsusdur".
Politoloq qeyd edib ki, Xankəndi meydanında 1988-ci il ssenarisi əsasında yeni mitinqlərin və etirazların təşkili onlara əlavə divident verməyəcək və bundan onlar çıxış yolu təmin edinməyəcək:
"Artıq separatçıların yalan dolu fəaliyyəti sadə xalqın səbr kasasını daşdırıb. İnsanlar azad, sərbəst və heç bir basqı olmadan yaşamaq istəyirlər. Lakin, separatçı qurum və onlara kənardan havadarlıq edənlər sadə xalqı özlərinin riyakar siyasi oyunlarının alətinə çeviriblər. Bundan daha çox əziyyət çəkən də məhz onlardır".
A.Əliyevin sözlərinə görə, Qarabağa Azərbaycanın icazəsi olmadan hər hansı bir yükün daşınması, icazəsiz müdaxilə və daxil olmaların qarşısı alındığı üçün son çırpıntılarını nümayiş etdirən separatçıların demək olar ki, alternativləri qalmayıb. Dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb:
"Yaranmış vəziyyətin məsuliyyəti isə birbaşa Ermənistan siyasi hakimiyyətinin və Fransa, Rusiya və bir sıra Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisinin üzərinə düşür.
Azərbaycan ərazidəki ermənilərin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün yolları və dəstəyi göstərməyə hazırdır. Bunun üçün sadəcə olaraq Azərbaycan dövlətinə müraciət etmək və təklif olunan variantları qəbul etmək lazımdır.
Saysız hesabsız mitinqlərlə Azərbaycanın prinsipial mövqeyinə koordinal dəyişiklik etmək olmaz. Bu və digər məsələdə qüvvələr və resurslar nisbəti Azərbaycanın xeyrinədir. Kəskin atıla biləcək addımlara isə Azərbaycan dövləti qəti və anında cavab vermək iqtidarındadır. Bunu ermənilər və onlara havadarlıq edən qüvvələr nə qədər tez başa düşsələr bir o qədər yaxşı olar".
Aydan