Qərb liderləri Kiyevdə
Siyasət
Dörd Qərb lideri Rusiyanın on minlərlə insanın həyatına son qoyan və ölkə iqtisadiyyatını xarabalığa çevirən genişmiqyaslı işğalının ikinci ildönümündə Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün Kiyevə gəlib.
News24.az xəbər verir ki, İtaliya, Kanada və Belçikanın baş nazirləri Giorgia Meloni, Castin Trudeau və Alexander De Croo, Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə birlikdə gecə qatarı ilə Polşa vasitəsilə Ukraynaya çatıblar.
Günün sonunda Meloni Kiyevdən Yeddi Böyük Demokratiya Qrupunun liderlərinin qatılacağı və Ukrayna prezidenti Vladimir Zelenskinin dəvət olunduğu videokonfrans təqdim edəcək.
Günel Məlikzadə