Ərdoğan Trampla nəyi müzakirə etdi? – Detallar açıqlandı
Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Rabitə İdarəsi məlumat yayıb.
Zəngdə iki ölkə arasında ikitərəfli siyasi münasibətlər, müdafiə sənayesində əməkdaşlıq və hədəf ticarət həcminə çatmaq üçün atılacaq addımlar müzakirə olunub. Danışıqlar zamanı Qəzza və Venesuela başda olmaqla regional və qlobal məsələlər də diqqət mərkəzində olub.