Real təhlükə var, silahlanmanı sürətləndirməliyik - Ekspert
Siyasət
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir sıra vacib məsələlərə toxunub. Ölkə başçısı Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işlərə xüsusi diqqət çəkib.
Mövzu ilə bağlı News24.az-a danışan hərbi ekspert Üzeyr Cəfərov qeyd edib ki, ölkə başçısı 44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi qarşısında konkret tapşırıq qoyub. Bu məqsədlə ordumuz Türkiyə Silahlı Qüvvələrin mini modelinə çevrilməli, həmin standartlara uyğunlaşmalıdır:

“Bu işlərə rəhbərlik Türkiyədən general-polkovnik Bəxtiyar Əlisoya tapşırılıb. Bundan sonra hərbi birləşmələrin daha çox modernləşdirilməsinə başlanılıb. Hazırda proses bir o qədər sürətli getməsə də, irəliləyir. İndi bu sferada həyata keçirilən bəzi işlər problemlə üzləşir, çünki biz bu məsələdə özümüzü Türkiyə ilə müqayisə edə bilmərik. Türkiyə Silahlı Qüvvələrinin tərkib hissəsi bizdən daha böyükdür. Ölkə başçısı bu yöndə bəzi fikirlər səsləndirdi. Ordu quruculuğu istiqamətində işlər plan üzrə gedir. Lakin çox istərdim ki, qanunvericilik bazası yenilənsin. 2025-ci ilə qədər dünyada çox şeylər dəyişəcək. Çalışmalıyıq ki, yaxın illərdə silahlı qüvvələrimiz ən yeni texnikalarla təmin olunsun. Bölgədə Azərbaycan üçün real təhlükələr var və bu səbəbdən sürəti artırmalıyıq. Digər tərəfdən Ermənistanın Fransa, İran, Çin və Hindistandan yeni silah-sursat alması reallığı var. Bunu nəzərə alaraq bir qədər çevik davranmaq lazımdır”.

Bəs, bundan sonrakı mərhələdə ordunun güclənməsi, modernləşməsi yolunda hansı addımlar atıla bilər?
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, hərbi məqsdələr üçün son 2 il ərzində büdcə 2 dəfə artırılıb: “Azərbaycan hava məkanının birgə qorunması üçün tədbirlər görülür. Ordumuzun silahlanması üçün zəruri olan bütün addımlar atılır. Bu istiqamətdə heç bir qənaətə yol verilmir. Silahlanmada mövcud olan silah sistemləri modernləşdirilirr. Quru qoşunlarının tabeliyində olan komando hissələrinin sayı artırılır. Bundan sonrakı dönəmdə də Azərbaycan təhlükəsizlik məsələsini prioritet olaraq saxlayacaq. Ordumuzun təminatında zəruri olan bütün silah-sursat, texnika və avadanlıqların alınmasına davam ediləcək”.
Arzu