"Rusiya Azərbaycanın hərbi təcrübəsini öyrənməlidir" - Rusiyalı POLİTOLOQ
Siyasət
“Rusiya Azərbaycan və İsrailin hərbi təcrübəsini öyrənməlidir”.
News24.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Bir neçə gündə 300 min ehtiyatda olan hərbçini səfərbər edən İsrailin təcrübəsi diqqətli şəkildə öyrənilməlidir. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ Müharibəsindəki təcrübəsini öyrənmək lazımdır”, - ekspert bildirib.
Korotçenko hər iki ölkənin ehtiyatda olan hərbçilərinin motivasiya edilmiş və döyüşmək arzusu ilə səfərbər olunduqlarını söyləyib.
Ayrıca, o, səfərbər edilənlərin qısa müddətdə yaxşı təchiz olunduğuna diqqət çəkib.
Ayşən