Rusiya ilə münasibətlər çox pis vəziyyətdədir - – Səfir
Siyasət
Moskva ilə Ottava arasında münasibətlər SSRİ-nin dağılmasından bəri ən pis vəziyyətdədir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Kanadanın Rusiyadakı səfiri Sara Teylor deyib.
“Mən deyərdim ki, münasibətlərimiz indi çox pis vəziyyətdədir. Ola bilsin ki, həmişəkindən daha pisdir. Bunun səbəbi də Ukraynadakı münaqişədir”, - səfir bildirib.