"Rusiya ilə oyun oynamaq intihar deməkdir" - erməni ekspert
Siyasət
“Görünən odur ki, bu gün Ermənistan-Rusiya münasibətləri qeyri-qənaətbəxş vəziyyətdədir, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artır, Rusiyada isə Ermənistan hakimiyyəti artıq ciddi qəbul edilmir”.
News24.az xəbər verir ki, bu barədə erməni iqtisadçı Tatul Manaseryandan “İravunk”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərinin korlanması ilə yanaşı, bir çoxları unudurlar ki, Ermənistan iqtisadiyyatı Rusiya iqtisadiyyatından çox asılıdır.
“Rusiya iqtisadiyyatımızın oksigenidir, onunla kəskin oyunlar oynamaq intihara bərabərdir”.
Ayşən