Rusiya XİN-dən delimitasiya ilə bağlı - AÇIQLAMA

Rusiya XİN-dən delimitasiya ilə bağlı - AÇIQLAMA Siyasət

"Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacib əhəmiyyətə malikdir".

News24.az Day.Az-a istinadla  xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb. 

"Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı praktiki mərhələnin başladığını müşahidə edirik. Bu, regional sabitlik üçün vacib əhəmiyyətə malikdir", - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Rusiya delimitasiya ilə bağlı bütün məsələlərin müstəsna olaraq siyasi-diplomatik metodlarla həllinə tərəfdardır: "Rusiya üçtərəfli razılaşmalar əsasında tərəflərə delimitasiya ilə bağlı öz konsultativ yardımını göstərməyə hazırdır".