Rusiyadan sülhlə bağlı mühüm açıqlama: - "Bakı və İrəvan arasındakı sazişin tarixi...."

Rusiyadan sülhlə bağlı mühüm açıqlama: - "Bakı və İrəvan arasındakı sazişin tarixi...." Siyasət

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək bu dövlətlərin özlərinin səlahiyyətidir”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə bildirib.

O, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin nə vaxt imzalana biləcəyi və bunun Moskvada baş verə biləcəyi ilə bağlı suala cavab verib: “Azərbaycan Respublikası ilə Ermənistan arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanma tarixinin və yerinin müəyyən edilməsi bu dövlətlərin özlərinin səlahiyyətindədir. Heç kimin bunun nə vaxt baş verəcəyi ilə bağlı qərar vermək hüququ yoxdur", - Qaluzin qeyd edib.

 O, əlavə edib ki, vaxtla bağlı sual Bakı və İrəvandakı tərəfdaşlara ünvanlanmalıdır.

“Əlbəttə, biz Cənubi Qafqazda baş verənlərə laqeyd yanaşa bilmərik. Rusiya tarixən Qafqaz dövlətlərindən biridir, üstəlik, regionda və dünyada yeganə ölkədir ki, həm Azərbaycan, həm də Ermənistanla müttəfiqlik münasibətləri saxlayır”.

Ayşən