Rusiyalı tarixçi: - "Əliyev Zəngəzuru qaytaracaq, İrəvanda da deyəcəklər ki...."

Rusiyalı tarixçi: - "Əliyev Zəngəzuru qaytaracaq, İrəvanda da deyəcəklər ki...." Siyasət

44 günlük müharibədən sonra Azərbaycan liderinin həm daxili, həm də xarici mövqeyi olduqca güclənib. Prezident İlham Əliyevin reytinqi hədsiz dərəcədə artıb, indi onu heç nə təhdid etmir”.

News24.az xəbər verir ki, bunu rusiyalı politoloq Modest Kolerov “Hraparak”a müsahibəsində bildirib.

“Azərbaycan müxalifətinin seçkilərlə bağlı səsləndirdiyi fikirlərə o qədər də ciddi yanaşmıram, onlar seçkilərin saxtalaşdırılacağını deyirlər. Əliyev artıq qalib gəlibsə, niyə saxtalaşdırılmalıdır? İnsanlar onu seçməkdən məmnun olacaqlar”.

O qeyd edib ki, Əliyevin hədəflərindən biri Zəngəzur dəhlizi və ya Azərbaycanla Türkiyə arasında maneəsiz əlaqəni bərpa etməkdir.

Azərbaycan Zəngəzuru geri qaytaracaq. Hədəflərində İrəvan da var, amma Zəngəzuru alacaqlar. Delimitasiya və demarkasiya ilə bağlı danışıqlara fikir vermək lazım deyil, bu, şərti məsələdir”.

Ayşən