Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı - MÜHÜM AÇIQLAMA
Siyasət
“Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsinin mümkünlüyü ilə bağlı müzakirələri zərərli hesab edirik".
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a verdiyi müsahibə zamanı deyib.
“Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da imzalanıb. Saziş ilk növbədə milli maraqlara və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi məqsədinə əsaslanıb”, - deyə nazir bildirib.
Lavrov onu da qeyd edib ki, bu gün Rusiya ordusu Cənubi Qafqazda sülhün təmin edilməsində əsas elementdir.
Qumral