Rüstəmyan: - "vəziyyət pisləşir, Rusiya ilə düşmənçilik etsək..."
Siyasət
“Hakimiyyət də anlayır ki, Rusiya ilə düşmənçilik etsək, çox pis olacaq. Vəziyyətimiz get-gedə pisləşir. Bu gedişlə Ermənistanın qarşısında orientasiya problemi qoyulacaq”.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan bildirib.
“Qarşımızda “ya-ya da” məsələsi olacaq. Qərb deyəcək: ya mənimləsən, ya da mənə qarşısan, Rusiya da bizə : ya mənimləsən, ya da mənə qarşısan deyəcək. Bu gün geosiyasi vəziyyət buna gətirib çıxarıb, “və” situasiyasını həyata keçirmək mümkün olmayacaq. Ermənistan maraqlarına əsaslanaraq Rusiyaya deməlidir ki, seçim qarşısındayam sən məni təmin edə bilmirsənsə, mən başqa yolla kompensasiya etməliyəm”.
Ayşən