Sabah metronun bir stansiyası bağlanır

Sabah metronun bir stansiyası bağlanır Siyasət
Sabahdan, hər gün saat 8:20-dən saat 17:00-a qədər, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət qoyulacaq.

Bu barədə qurumun mətbuat xidmətinn rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, məhdudiyyət tətbiq edilməsində məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.