Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşüb
Siyasət
Milli Məclisin sədri Sahibə Qafarova ilə Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev arasında görüş keçirilib.
News24.az-ın xəbərinə görə, bu barədə Sahibə Qafarova X-da paylaşım edib.
Milli Məclisin sədri qeyd edib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da inkişafına güclü təkan verəcək.