Sahibə Qafarova növbədənkənar prezident seçkisindən - DANIŞDI
Siyasət
Suverenliyin bərpası ölkəmizdə yeni reallıqlar yaradıb.
News24.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
O deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi dünyanın ən qüdrətli dövlətinə çevirib.
Spiker fevralın 7-də keçiriləcək növbədənkənar seçkidən də danışıb:
"Bu gün Qarabağda quruculuq işləri həyata keçirilir. Bu seçkilər ölkəmizdəki uğurlu siyasətin davamı olacaq. Azərbaycan xalqı növbəti dəfə bu siyasətə öz dəstəyini ifadə edəcək".
Fərid Azəri