“Səfirliyimizə hücumu “ASALA” ilə bağlamaq - iz azdırmaqdır... - Dəst-xətt aydın sezilir...”
Siyasət
"İran Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ən əsası, Daxili Kəşfiyyat və Əks-Kəşfiyyat İdarələrinin birgə bəyanatlarını hələ də görməmişəm. Halbuki bundan kişik və mənasız insidentlər zamanı həmin qurumların birgə bəyanatları dərhal verilir..."
"İrandakı səfirliyimizə qarşı və səfirliyimizin binasında törədilən terror aktının bilavasitə İranın xüsusi xidmət orqanları tərəfindən ya təşkil olunması və ya idarə edilməsi, yaxud sifariş olunnması danılmaz bir məsələdir. Çünki İran rəsmilərinin verdiyi bəyanatlar çox marozmatik və ididotikdir".
News24.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasnda tanınmış araşdırmaçı jurnalist, Milli.az saytının baş redaktoru Elçin Alıoğlu bildirib.
"Məsələn, Tehran polisinin rəhbəri bildirir ki, guya həmin terrorçu iki azyaşlı uşağı ilə avtomobillə səfirliyə gəlib və binaya daxil olaraq şəxsi zəmində - səfirlikdə saxlanan xanımına görə qisas almaq istəyib. Elə bir absurddur ki, bu, ümumiyyətlə nəinki diplomatiya, silahlı insidentlər tarixində də olmamış bir məsələdir. Birincisi, Azərbaycan səfirlikdə heç bir xanım saxlamayıb. İkincisi, həmin məxluq bu şəxsi zəmində məsələsini həll etmək üçün nədən müvafiq icraedici dövlət orqanlarına müraciət etməyib. Yəni suallar çoxdur"- açıqlamasının davamında belə söyləyən şərhçi Azərbaycan səfirliyinə xain hücumun arxasında məhz İran xüsusi xidmət orqanlarının dayandığını əsaslandırmağa çalışıb.
"Niyə məhz İranın xüsusi xidmət orqanları bu işin arxasında dayanıbla? Əvvəla, İran dövləti orada çalışan istənilən ölkə diplomatları, siyasətçiləri və hətta turistləri üçün təhlükəsiz ölkə deyil. Bu, birmənalıdır. Çünki İran ərazisində indiyədək müxtəlif ölkələrin səfirliklərinə çoxsaylı hücumlar olub. İran, təkrar edirəm, hətta dünyanın istənilən ölkəsindən oraya gedən turistlər üçün də təhlükəsiz ölkə deyil. Ona görə ki, həmin şəxslər İranın xüsusi xidmət orqanları tərəfindən kobud və primitiv şəkildə "verbovka" olunur və yaxud ən azı buna cəhdlər edilir. Onu da unutmayaq ki, son iki ildə bütün dünya üzrə Azərbaycanın diplomatik nümayəndələrinə 5 hücum olub. Bu statistikaları bir yerə toplasaq və ən nəhayət, İranın ən müxtəlif səfirliklərə hücumların təşkilində xüsusi xidmət orqanlarının eyni ssenari ilə hərəkət etdiklərini nəzərə alsaq, dəst-xətt aydın sezilir" -deyə araşdırmaçı bildirib.
"İran xarici işlər naziri cənab Abdullahyan indiyədək azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək başsağlığı verməyib, Azərbaycan-İran münasibətlərinə ciddi xələl gətirə biləcək bu olayı qətiyyətlə pisləməyib. Və ən əsası, Tehranın üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını bildirməyib. Sadəcə olaraq İran XİN sözçüsü bəyanat yayıb və həmin ölkənin Bakıdakı səfirliyi bunu tirajlayıb. İkincisi, İranın Azərbaycandakı səfirliyi olayla bağlı rəsmi açıqlama verməyib və yalnız qısa bir bəyanatla işini bitmiş sayıb. Üçüncüsü, İran Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ən əsası, Daxili Kəşfiyyat və Əks-Kəşfiyyat İdarələrinin birgə bəyanatlarını hələ də görməmişəm. Halbuki bundan kişik və mənasız insidentlər zamanı həmin qurumların birgə bəyanatları dərhal verilir. Məsələn, Şirazda, Zahidanda olan partlayışlarla bağlı olduğu kimi..." - həmsöhbətimiz diqqətə çatdırıb.
"Və onu da demək istərdim ki, burada iz itirmək üçün də çoxsaylı cəhdlərə əl atılır. Elə təəssürat yaratmağa çalışırlar ki, guya olayda erməni izi var. Hətta Ermənistanın bəzi teleqram-kanallarında bunu guya "ASALA"nın etdiyi bildirilir. Halbuki, "ASALA" çoxdan tarixin zibilliyinə gömülmüş bir terror qurumudur... Amma iz azdırmağın da faydası yoxdur... İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusu, yəni qısaca "SEPAH" indiyədək belə teraktları müxtəlif ölkələrdə çox törədib. Bu günədək hədəf ABŞ, İsrail, Qərb, Avropa Birliyi ölkələri olub, indi də hədəf biz olmuşuq. Azərbaycan qətiyyən İranla münasibətlərin gərginləşməsinin tərəfdarı deyil. Mən də bir vətəndaş olaraq bunu istəmirəm. Amma mən onu istəyirəm ki, İran Azərbaycana qarşı aqressiv ritorikasına son qoysun...
Və ən əsası, sonda onu demək istəyirəm ki, baş vermiş hadisəyə görə İran İslam Respublikasının ali dini rəhbəri ayətullah Əli Xamneyi Azərbaycan dövlətindən və xalqından üzr istəməli və başsağlığı verməlidir"- deyə Elçin Alıoğlu vurğulayıb.