"Separatçılar bu yolla Qarabağdan qaçacaqlar" - TÜRK GENERAL DETALLARI AÇDI

"Separatçılar bu yolla Qarabağdan qaçacaqlar" - TÜRK GENERAL DETALLARI AÇDI Siyasət
Erməni mediası Xankəndidə “mülki ermənilər”i Laçın postuna gətirəcək avtobuslarla bağlı yeni bir iddia irəli sürüb. 

“Hraparak” nəşrinin yazdığına görə, Xankəndinin mərkəzində 25 avtobus erməniləri Həkəri körpüsünə (Laçın postu bu körpüdədir) aparacaq. Və bunu təşkil edən separatçılardır. Əks təqdirdə, mövcud situasiyada 25 avtobus ayırmazdılar. 

 “Məsuliyyəti kim üzərinə götürəcək? Camaatı niyə sərhəd xəttinə aparırlar? Bunu başa düşmək olmur. Deyirlər, “biz dinc, silahsız” gedirik. Bu yürüşün məqsədi nədir?” Bu, insanların həyatını, taleyini düşünmədən məqsədyönlü şəkildə həyata keçirilən plandır”. 
Nəşr qeyd edir ki, bu bəlkə də yerdəyişmədir. “Artsax” rəhbərliyinin öz yaxınlarını avtobuslara dolduraraq Qarabağdan çıxaracaqları proqramdır. 
 
Mövzu ilə bağlı News24.az-a danışan türk general Yücel Karauz bildirdi ki, separatçılar artıq Qarabağdan qaçmaq yolunda hazırlıqlara başlayıblar. 

“Onlara ayrılmış müddət  artıq azalmağa doğru gedir. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq kontekstdə tanınması, qəbul edilməsi fonunda Ermənistana qarşı hüquq çərçivəsində addımların atılacağı üçün separatçılar artıq qaçmağa hazırlaşır. Ən son Azərbaycan prezidentinin "Euronews"a verdiyi müsahibəsində Qarabağ ermənilərinə verdiyi mesajda tələblərini irəli sürdü: ya qatıl, ya da tərk et. Ölkə başçısının bu formulu göstərməsi, sülh danışıqlarının bu kontekstə dayanması və tıxanması əliqanlı Xocalı qatillərini, separatçıları təlaşlandırdı. Onlar panikaya düşüblər çox narahatdırlar. Baş separatçı Araik anladı ki, “oturaq aksiya”sı heç bir fayda vermədi. Dəstəksiz qalan separatçılar artıq küncə sıxılıblar”. 

Y.Karauz separatçıların təlaşlanmasına səbəb olan amilləri qeyd etdi. Ekspertin sözlərinə görə,  əslində Azərbaycanın yürütdüyü yumuşaq diplomatiyadan doğru şəkildə istifadə etməsi, hərbi güc və beynəlxalq siyasətə dayanmasının nəticəsi olaraq onlar artıq panikaya düşüblər.

“Eyni zamanda üçtərəfli saziş Rusiyanın  nəzarətində və şahidliyində həyata keçirilib.  Buna uyğun olaraq Azərbaycan tərəfi rus sülhməramlılarından bitərəf şəkildə ədaləti təmin etmək və bölgədə terror fəaliyyəti ilə məşğul olanlara qarşı tədbirlər görməyi gözlədi. Gediş-gəlişə nəzarəti həyata keçirmək və qanunsuz daşımaların qarşısını almaq istiqamətində addımların atılmasını istədi. Lakin bu, olmadı. Və Azərbaycan haqlı olaraq özü öz işini görməyə başladı. Qanunsuz daşımaların qarşısını almaq, bölgədə terrorçulara əngəl olmaq istiqamətində Laçın-sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladı. Dolayısı ilə onlar artıq nə Qarabağdan silah daşıya bilirlər, nə də əliqanlı qatillərin qaçırılmasına həyata keçirirlər.  Nə olursa, olsun Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan heç bir halda Qarabağ ermənilərinə evlərini tərk etsinlər demir. Lakin onlar yaxşı və rifah içində yaşamaq üçün Azərbaycanın vətəndaşlığını qəbul etməlidir.
Atəşkəs imzalandığı gündən bu yana Azərbaycan bu problemin humanist bir şəkildə və hüquq çərçivəsində həll edilməsi üçün əlindən gələn qədər səbr və dözümü beynəlxalq danışıqlara açıq halda davam etdirir. Lakin görünən odur ki, ermənilər prossesin sülhyönümlü olmaması üçün əllərindən gələni etdilər və buna davam edirlər. Keçən bu 3 il ərzində orada fərqli bir hüquqi vəziyyət yaratmaq, fərqli bir obraz yaratmaq və özlərinin terror fəaliyyətlərini davam etdirmək üçün hər yola əl atırlar. Ancaq nə Brüssel, nə Vaşinqton nə də Moskva görüşlərində özlərinin "haqlı" saydıqları tələblərinin qəbul edilmədiyini gördülər”. 

Arzu