Sərhədimizdə zavod tikib, ABŞ bayrağı qaldırdılar – - Görün, kimin imiş... – ŞOK FAKTLAR

Sərhədimizdə zavod tikib, ABŞ bayrağı qaldırdılar – - Görün, kimin imiş... – ŞOK FAKTLAR Siyasət
Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycanla sərhəddə - Arazdəyəndə iri metallurgiya zavodu tikir. Bu zavod Naxçıvan Muxtar Respublikası ilə sərhədin 800 metrliyində yerləşir. Rəsmi Bakı dəfələrlə bu zavodun tikintisinin regionun ekoloji durumuna ciddi təsir göstərəcəyi ilə bağlı etiraz edib. 

News24.az xəbər verir ki, İrəvan sözügedən zavodu ABŞ-la birgə tikdiyini bildirsə də (hətta həmin ərazidə ABŞ bayrağı da qaldırılıb), onların rəsmi Vaşinqtonla birbaşa əlaqəsinin olmaması müzakirə olunur.

Ermənistanın “Hraparak” nəşri yazır ki, zavodu tikənlər, əslində ermənilərin özləridir. 

Bununla bağlı ziddiyyətli məlumatlar var. Ermənistan Ədliyyə Nazirliyininin hüquqi şəxslərin reyestrinə əsasən, onun bir iştirakçısı var ki, bu da “GTB Holdings MMC”-dir, sonuncunun isə iki səhmdarı var: ABŞ vətəndaşı, milliyyətcə hindistanlı Bobbi Sinq Kanq və Vazgen Sarkisyanın (Ermənistanın sabiq müdafiə naziri) qardaşı Armen Sarkisyanın qızı Nono Armenoviç Sarkisyandır.

“GTB Holdings” MMC-nin təsisçisi 2022-ci ilin iyul ayında dövlət qeydiyyatına alınmış “GTB Steel” MMC-dir. ƏMTQ ictimai dinləmələrində fəal iştirak edən ABŞ vətəndaşı Anuj Arora 2022-ci ilin iyul ayından bu günə qədər “GTB Steel” MMC-nin direktoru kimi dövlət reyestrində qeyd olunub.

Kadastr sənədlərinə görə, fabrikin yerləşdiyi yerlər keçmiş hakimiyyət dövründə ən əlverişli və imtiyazlı şirkətlərdən biri olan “Berriutyun” istehsalat birliyindən icarəyə götürülüb.

Erməni mətbuatı bunu sabiq prezident Serj Sarkisyanın yaxın dostu Barseq Beqlaryanın adı ilə əlaqələndirir. 

Bu, “GTB Holdings” MMC-ni üçüncü prezidentin adı ilə birləşdirən yeganə detal deyil. Şirkətin rəsmi saytı Şri-Lankada qeydiyyatdan keçib, lakin qəribə təsadüf nəticəsində “GTB STEEL” MMC-nin qeydiyyat ünvanı əvvəllər Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus olan evlə üst-üstə düşür. Proşyan küçəsi 12. Bu gün “Startup Armenia” fondunun qeydiyyat ünvanı belədir. "GTB Holding"inin direktoru Mikael Minasyana yaxın media meneceri və televiziya prodüseri Artur Canibekyanla dostluq münasibətləri olan Tiran Akopyandır. Tiran Akopyan və Artur Canibekyan, məlum olduğu kimi, 2016-cı ildən hər il Sevanda “Sevan Startap Summit” biznes forumunu keçirən Proşyan 12 ünvanında qeydiyyatdan keçmiş eyni “Startup Armenia” fondunu təsis ediblər. 

Ermənistan hökumətinin elektron reyestrində Armen Sarkisyanın kürəkəni Qriqor Ter-Qazaryan “GTB STEEL” MMC-nin 5 faizinin səhmdarı kimi qeyd edilib. Məlum olur ki, bu, metallurgiya zavodundan Mikael Minasyana qədər uzanan daha bir incə detaldır. Qriqor Ter-Qazaryan “GTB Holdings”-in direktorlar şurasının sədridir və hətta bir müddət əvvəl onun Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın yerinə təyin oluna biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. İddia edilir ki, Papa bu təyinatı bəyənməyib.

Bəs, o zaman metallurgiya zavodunun arxasında həqiqətən kim dayanır? cinayət işi ucbatından Ermənistana gəlmək imkanından məhrum olan Mikael Minasyan, yoxsa hindistanlı Bobbi Sinq Kanq? “Hraparak” məsələ ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Kerobyana müraciət ünvanlayıb. O, nəşrin nə zənginə, nə də məktubuna cavab verib.

Akqabay