Sərkisyanın Ramil Səfərova görə bunu etməsi... - Arsenyan

Sərkisyanın Ramil Səfərova görə bunu etməsi... - Arsenyan Siyasət
Serj Sərkisyanın Macarıstanla diplomatik münasibətləri kəsmək qərarı uzaqgörən addım deyildi və dövlət düşüncəsindən çox uzaq idi.

News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri erməni deputat Qurgen Arsenyan deyib.

O bildirib ki, Ramil Səfərovun Bakıya təhvil verilməsinə görə rəsmi Budapeştlə əlaqələri kəsmək yanlış addım olub:

“Əgər siz mənfi münasibət göstərmək istəyirsinizsə, bunu ölkə liderinə qarşı etməlisiniz. Diplomatik münasibətlərin kəsilməsi o deməkdir ki, xalqlar arasındakı əlaqələri dayandırırsınız”.

Qeyd edək ki, Ermənistan 2012-ci ilin avqustunda Budapeştlə diplomatik münasibətləri kəsib. Buna səbəb Ramil Səfərovun Azərbaycana ekstradisiyası qərarı olub.

Bir qədər əvvəl Ermənistanın Macarıstanla əlaqələri bərpa etməyə çalışması barədə xəbərlər yayılmışdı.