Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik Siyasət
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

News24.az xəbər verir ki, təbrikdə deyilir:

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla,

Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi,

Baş nazirin müavini