Şəhid Baba Mikayılov 31 il sonra dəfn edildi - FOTO
Siyasət
Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndində dəfn olunub.
News24.az "Report"-a istinadən xəbər verir ki, dəfndən əvvəl şəhidlə vida mərasimi keçirilib.
B.Mikayılovun vaxtilə yaşadığı evdə təşkil olunan mərasimdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri, yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdən sonra şəhid Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.