Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayanlar cinayət məsuliyyəti daşıyacaq
Siyasət
Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayanlar cinayət məsuliyyəti daşıyacaq.
News24.az xəbər verir ki, Cinayət Məcəlləsinə müvafiq dəyişiklik parlamentin müzakirəsinə verilir:
Təklif qəbul olunarsa, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq
Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə azadlıqdan məhrumetmə müddəti 5 ildən 8 ilədək nəzərdə tutulur.
Ordunun Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilməyəcək.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Bu dəyişiklik ratifikasiya olunsa, hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər ordunun şəxsi heyəti, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayarlarsa, bu halda 10 gündən 1 ayadək müddətə inzibati qaydada həbs ediləcəklər.
Bu dəyişiklik Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 614-1-ci maddəsinin qüvvəsi şamil olunmayacaq.
Layihə lII oxunuşda qəbul edilib.
Fərid Azəri